Active Directory nədir

Active Directory Microsoft korporasiyasının Windows NT ailəsi üçün nəzərdə tutulmuş kataloqlar xidmətidir.Bu xidmət imkan verir ki,sistem administratorları group policy vasitəsilə  istifadəçi kompüterlərini vahid konfiqurasiyalarla,proqram təminatı,update və s təmin etsinlər.

Kompüter şəbəkələri adətən 2 cür olur.

1) Birranqlı şəbəkələr Workgroup vasitəsilə təşkil olunur.

2)Çoxranqlı şəbəkələr və ya çox istifadəçili şəbəkələr isə Active Directory ilə təşkil olunur.

Belə bir nümunəyə baxaq.Fərz edək ki,2 komputerimiz var:PC1 və PC2.Onlar bir biri ilə əlaqələndirilib və bir birlərinin resurslarına giriş üçün icazəsi olmalıdır.Bunu 2 cür etmək olar:

1)Resurs Everyone access verib hamı üçün açıq etmək.Bu zaman istənilən adam o fayllardan istifadə edə biləcək.Bu zaman məlumat sızması baş verə bilər və məlumatlarda naməlum adam tərəfindən silinə bilər.

2)Bu kompüterlərdə istifadəçi profilləri yaradılır və onlara qarşılıqlı olaraq resurslardan istifadə üçün access verilir.

PC1-də  faiq(şifrəsi:faiq12345) və huseyn(şifrəsi:huseyn54321),PC2-də isə alim(şifrəsi:12345) və tural(şifrəsi:54321)  istifadəçi profillərini yaradırıq.

İstifadəçilər bir biri autentifikasiya keçib resurslarına daxil ola biləcəklər.Amma biri şifrəni dəyişsə onda resursa giriş itəcək.

Amma istifadəçi sayı 30-dan artıq olduqda proses getdikcə daha çox çətinləşir.

DC(Domen Controller)

Kontroller istifadəçi profillərinin verilənlər bazasını özündə saxlayır.Kontroller olandan sonra bütün istifadəçi profilləri kontrollerdə bir dəfə yazılır,lokal istifadəçi profillərinə isə ehtiyac qalmır.1

Domen kontroller olduqda isə istifadəçi öz kompüterinə daxil olduqda bütün informasiya gizli formada domen kontrollerinə ötürülür.Sonrada istifadəçi profilinə girdikdə o profilə xüsusi access pasport verir.

Domen kontroller – Active Directory xidməti qaldırılan kompüterdir və şəbəkənin resurslarına icazələri idarə edir.O bir çox resursları(ümümi printerləri),xidmətləri,kompüterləri(kompüterlərin qeydlərini),istifadəçi profillərini özündə saxlayır.

Domen kontroller rolunda Windowsun aşağıdakı versiyaları ola bilər:Windows Server 2003,2008,2012,2016.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.