Aliexspresdə shopping 1

Bu gün ki,materialım Aliexspressdən shopping barəsindədir.Bu sayt çinlilərin ən böyük elektron maqazinidir və hal hazırda maliyyə dövrüyyəsinə görə Ebayı keçmişdir.Burada hər qiymətə hər cür mal vardır.İlk olaraq qeydiyyat barəsində danışaq.

1.Sayta daxil oluruq.

aliexspress

2.Qeydiyyatdan keçirik.

3.Qeydiyyatdan keçəndən sonra əgər mailin təsdiqni istəsə mailə girib təsdiqləyirik.

4.Ümumi səhifə açılır və biz Мой Aliexspress bölməsinə giririk ki,çatdırılma ünvanını konfiqurasiya edək.Bu pəncərəni Больше не показывать tıklayaraq bağlayırıq və Адрес доставки giririk.

aliexpress

5.Адрес доставка-nı dolduruq.Sizə yaxın poçt indeksini ya poçtdan yada aşağıdakı saytdan tapa bilərsiniz.Bütün bölmələri dolduruq Save edirik. Azərpoçtun səhifəsi

6.İlk olaraq bizə plastik kart lazım olacaq.Plastik kart seçərkən sizə ən yaxın filialı olan,cash in funksiyalı bankomatları olan,mobile banking xidmətləri olan daha sərfəli şərtlərlə kart təklif edən bankın plastik kartını alın.Mən özüm Bank Respublikanın Visa Elektron kartından istifadə edirəm. Indi isə tutaq ki,hər hansı bir tanışım məndən kurtka sifariş etməyi xahiş edib.Bunun üçün mən saytda müvafiq bölməyə girirəm yada axtarışa verirəm.

7.Sağ tərəfdə müvafiq kateqoriyalar var.(Uzunluq,rəng və s).Malların üstündə isə say,endirimli mallar və s kateqoriyalar var.

8.Bu şəklə diqqətlə baxın.Məhsulun altındakı ulduzlar məhsulun dəyərləndilməsini və rəyləri bildirir.

9.Hər hansı bir ucuz kurtkaya baxaq..

10.Rəylərdə hər hansı məhsul haqqında fikirlər və bəzən real şəkilləri də alıcılar tərəfindən paylaşılır.Bizdə rus dilində saytın versiyası seçildiyinə görə 2 rus dilində rəy var.

11.Eyni mal başqa satıcıda daha ucuz tapa bilərsiz əgər Мои желания əlavə edib,sonra Желания-dan girib məhsulun üstündə Найти похожие товары seçsək eyni məhsulu digər satıcılarda da görə bilərik.Amma o satıcı ya dələduz yada keyfiyyətsiz versiyasınıda sata bilər.Buna diqqət edin.

aliexpress

12.Gördüyümüz kimi digər satıcılardan biri eyni məhsulu 43$,digəri sə 26.80$-a satır.Növbəti hissədə sifariş verilmə mərhələsi barədə yazacam

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.