Donan Windows proqramını necə bağlamaq olar?

Bəzən elə olur ki,hər hansı Windows proqramını Task Manager vasitəsilə bağlamaq olmur.Bu zaman bizim köməyimizə Taskkill əmri gələcək.

1)İlk olaraq CMD proqramını açırıq və orada Tasklist yazaraq ümumi işləyən proqram listinə baxırıq.

2)Sonra isə əgər məsələn donan aimp proqramıdırsa  onu aşağıdakı kimi siləcəyik

Taskkill /IM aimp.exe /F
Burada /F açarı məcburi(force) proqramı bağlamaq üçün olan açardır.

3)Həmçinin proqramı İD ilə də silə  bilərik.Məsələn AİMP proqramının identifikatoru 3316-dır.
Taskkill /PID 3316 /F
4)Bir neçə proqramı bağlamaq üçün İD-ləri ardıcıl yazırıq.
Taskkill /PID 3316 9932 3500 /F
 

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.