Əməliyyat sistemi yükləyən flaş kartın yaradılması

Bəzən noutbuklarda və ya personal kompüterlərdə cd/dwd yeri işləmir və ya müasir noutbuklarda artıq CD-DWD disk yeri olmur.Əməliyyat sistemini  yükləmək üçün artıq bizə  cd/dwd-disk yox flaş kart lazım olur.Yükləyici flaş kart aşağıdakı qayda ilə yaradılır.

1)Start açıb cmd yazıb açılan axtarışda çıxan proqramı seçirik.

Sonra isə flaş kartı yükləyici etmək üçün  aşağıdakı əmrlərdən istifadə edəcəyik.

diskpart -disklərlə işləməyə imkan verən proqramı açırıq.

list disk -disklərin siyahısını çıxarırıq.

select disk 1 – flaş kartı seçirik.Burada diskin nömrəsi sizdə başqa ola bilər.Məndə flaş kart 1 nömrəsi ilə görünür.Həcmi 8GB-dir.Əsas diskin həcminə baxın ki,düzgün diski seçəsiniz.

clean -diski təmizləyirik.

create partition primary -uyğun bölməsi yaradırıq.

select partition 1 -Yaradılan bölməni seçirik

active -Bu bölməni aktivləşdiririk

format fs=NTFS -Aktiv bölməmizi format edirik

assign letter=T -Bölməni işarələyirik.

Exit -çıxış edirik.

Beləliklə flaş kart aktivdir.Növbəti mərhələdə isə əməliyyat sistemi olan .iso arxivi açıb flaş karta köçürürük.

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.