Group Policy Object 1(GPO)

Bu dərsim GPO haqqında olacaq.Group policy bir mərkəzləşdirilmiş idarə etmə üçün ən yaxşı alətlərdən biridir.Group policy-ni Windows Update,Təhlükəsizlik,Softun avtomatik quraşdırılması,silinməsi və s məsələlər üçün tətbiq etmək olar.

GPO-lar harasa linklə bağlanır.

GPO-lar 2 yerə bölünürlər:

1)Computer Configuration :Ancaq kompüterlərə tətbiq olunur.Kompüter üçün ayrı Organizition Unit(OU) yaradılmalıdır.

2)User Configuration :Ancaq istifadəçi user-lərinə tətbiq olunur.

User və Computer Configuration da iki yerə bölünürlər.

1)Policies

2)Preferences

Policies tətbiq edəndə (məsələn,şəklin hamıda olması  üçün)  istifadəçi şəkli dəyişə bilməyəcək.

Preferences tətbiq edəndə isə istifadəçi standart şəkli dəyişə biləcək.

GPO aşağıdakılara tətbiq oluna bilər.

1)GPO1 -site

2)GPO2 – domain

3)GPO3 -OU

Əgər 3 GPO istifadəçiyə tətbiq olunarsa aşağıdakı ardıcılıqla tətbiq olunacaq:

Əgər hər hansı bir OU-ya bir neçə GPO birdən tətbiq olunarsa onda ən yuxarıda tətbiq olunan GPO sonuncu tətbiq olunur.Managers OU-ya tətbiq olunan ən yuxarı GPO Shekil Logo olduğundan onun etdiyi dəyişikliklər qalacaq.

Əgər Share GPO-sunu oxla yuxarı qaldırılarsaq onda sonuncu bu gpo tətbiq olunacaq.

Əgər Default GPO-ların tətbiq olunmasını istəmiriksə OU-ya basıb sağ knopkanı tıklayaraq Blok inheritance seçirik.

Əgər Domain də Shekil update 3 GPO-sunu yaradıb Enforced etsək onda o digər OU-larda da ən üst prioritetə malik olacaq və Blok İnharitance ona təsir etməyəcək.

İstənilən GPO girib Details-dən onun haqqında ətraflı informasiyaya baxa bilərik.Kompüterlərə gpo update 2 saata kimi yenilənir.Tətbiq olunan GPO-lara GPO-ya girib Settings-də  baxa bilərik.Settings pəncərəsinə İE Enhanced Security Configuration Off olanda baxa bilərik.GPO details ilə gpo-ya əlavə dəyişiklər edə və statusdan replikasiyasına baxa bilərik.Scope-dan hara tətbiq olunduğuna da baxa bilərik.

CMD əmrləri:

gpupdate -ancaq edilən dəyişiklikləri çəkir.

gpupdate/force -bütün update-ləri çəkir və dərhal tətbiq edir.

 

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.