Hibernation və Sleep rejimləri nədir və fərqləri

Əməliyyat sistemlərində adətən 2 rejimlə rastlaşırıq.

1)Sleep

2)Hibernation

Sleep rejimi-Az enerji sərfiyyatı rejimidir və imkan verir ki,öz işini normal enerji sərfiyyatı ilə tez bərpa etsin.Bu rejimdə ekranın işığı sönür,amma digər noutbuk elementlərinə isə minimal enerji ilə işləməyə davam edirlər.Bütün proqramlar və sənədlər olduğu kimi qalır.Daha çox videonu pausaya qoyub yenidən davam etməyə oxşayır.

Hibernation rejimi-Biurejimdə demək olar ki,bütün elementlər enerjisizləşir.Sleep rejimində bütün proqram və sənədlər ram yaddaşında saxlanılır.Ancaq Hibernation rejim-də proqram və sənədlər,sistemin vəziyyəti noutbuk hard disk yaddaşında hiberfil.sys  faylında  saxlanılır və sonra noutbuk sönür.

Hər iki rejim noutbukun daha tez işini bərpa etməsi üçün nəzərdə tutulub.Hibernation rejimi isə ilk növbədə noutbuklar üçün nəzərdə tutulmuşdur.Bu rejimlə kompüter işini sleep rejimindən biraz gec bərpa edir.

Əgər noutbukda bu rejim aktiv deyilsə aşağıdakı kimi aktivləşdirə bilərsiniz:

1)cmd proqramını açırsınız

2)powercfg -h on  əmrini yazıb Enteri basırsınız

3)Noutbuka restart verirsiniz.

 

Sosial şəbəkələrdə paylaşın

Leave a Comment