Ikinci domen kontrollerin əlavə olunması

Bu dərsdə Windows Server 2012-də domenimizə ikinci kontrolleri əlavə edəcəyik.

1-ci domen kontroller:

adı:DC1

ip address:192.168.1.2

2-ci domen kontroller:

adı:DC2

ip address:192.168.1.3

Domain:zair.local

1-ci domen kontrolleri standart olaraq konfiqurasiya edirik.Əsas məsələ isə indi 2-ci domen kontrolleri əlavə etmək və ya replikasiyanı təşkil etməkdir.

1)DC2-də ip addressləri veririk:

Sonra isə standart prosedur olaraq domenimizə əlavə edirik.

2)DC1-də Manage bölməsinə girib Add Servers seçirik.

3)Açılan pəncərədə NAME(CN) qarşısında olan Find Now düyməsinə basıb DC2 və sonra qarşısındakı düyməyə basaraq əlavə edirik.

4)Növbəti mərhələdə əgər All Servers bölməsinə keçid etsək onda bütün serverlərimizi görmüş olacağıq.DC2 seçib üzərində sağ knopkanı basıb Add Roles and Features seçərək lazımı rolları əlavə edə bilərik.

5)Biz Active Directory Domain Services rolunu burda da əlavə  edirik

6)Active Directory İnstall  edəndən sonra Promote this server to domain controller seçirik.

 

7)Açılan pəncərədə Add a domain controller to an existing domain seçirik.Çünki biz artıq mövcud domenimizə yeni DC əlavə edirik.Həmçinin domenimizi seçirik.

Supply the credentials to perform this operation bölməsinə isə bu əməliyyatı yerinə yetirilməsi üçün müvafiq istifadəçi seçirik.Bu ya administrator yada Enterprise Admins qrupunda əlavə yeni yaratdığınız istifadəçi ola bilər.

8)Replikasiya serverimizi seçirik.

 

Sonra isə məlumatları yoxlamaqla bir neçə dəfə Next basmaqla promote prosesini bitiririk.

9)Proses bitdikdən sonra Active Directory və DNS Server Manager-də peyda olacaq.Replikasiyanın mövcudluğunu yoxlamaq üçün Tools-dan Active Directory Sites and Services seçirik.

Beləliklə ikinci domen kontrolleri əlavə etmiş olduq.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.