İP Address nədir?

IP-ünvan (Internet Protocol Address – hərfi abreviatura ilə isə bizim dildə “İnternet-protokolun ünvanı” kimi tərcümə olunur).İp address,bu protokol üzrə yaranmış kompüter şəbəkəsində hər hansı düyünün unikal şəbəkə ünvanıdır.İPv4-cü versiya özündən 32bitlik rəqəmləri təsvir edir. İPv4 addresinin rahat forması dörd onluq say şəklində 0-dan 255-ə kimi , nöqtələrlə bölünmüş rəqəmlər olur, məsələn, 192.168.0.3. İPv6-cı versiyada isə 128-bitdir.Ünvanın daxilində iki nöqtə ayırıcıdır (məsələn. 2001:0db8:85a3:0000:0000:8a2e:0370:7334). Aparıcı sıfırları yazıda buraxmaq olar. Ardıcıl gedən sıfır qrupları salaraq(fe8:0:0:0:0:0:0:1 yerinə fe80::1 kimi yazmaq olar.Sıfırların yerinə ikiqat iki nöqtəni qoyulur)

Struktura

İP-ünvan iki hissədən ibarətdir: şəbəkənin nömrələri və düyünün nömrələri. Təcrid edilmiş şəbəkə halında onun ünvanı administrator tərəfindən rezerv olunmuş ip addreslər blokundan verilə bilər. (10.0.0.0/8, 172.16.0.0/12 və ya 192.168.0.0/16). Əgər şəbəkə İnternetin tərkib hissəsi kimi işləməlidirsə, onda şəbəkənin ünvanı provayder tərəfindən və ya regional internet-qeydiyyatçısı tərəfindən (Regional Internet Registry, RIR) verilir. IANA saytında məlumatlara əsasən beş RIR mövcuddur:

  1. ARIN,Şimali Amerika,həmçinin Baham adalarları, Puerto-Riko və Yamaykanı xidmət edir;
  2. APNIC, Cənubi,şərqi və cənub-şərqi Asiya ölkələri, həmçinin Avstraliya və Okeaniya xidmət edir;
  3. AfriNIC, Afrika ölkələrinə xidmət edir;
  4. LACNIC,Cənubi Amerika ölkələri və Qəraib dənizinin hovuzuna xidmət edir;
  5. RIPE NCC,Avropa,Mərkəzi Asiya, Yaxın Şərqə xidmət edir.

Ünvanlandırmanın tipləri

Altşəbəkənin maskasına neçə bit ayrılmqmasını müəyyən etmək üçünİki üsul vardır: Əvvəlcə sinfi ünvanlandırma (INET) istifadə olunurdu,lakin sonralar XX əsrin 90-cı illərinin ikinci yarısından o sinifsiz ünvanlandırma(CIDR) tərəfindən sıxışdırıldı.Burada artıq şəbəkədə ünvanların miqdarı alt şəbəkənin maskası ilə təyin edilirdi.

Statik və dinamik ip addreslər.

Əgər istifadəçi tərəfindən hər hansı bir qurğuya ip address təyin olunarsa bu static ip address adlanır.Əgər hər hansı bir qurğu ip addresi avtomatik olaraq DHCP tərəfindən müvəqqəti icarəyə götürürsə bu dinamik ip address adlanır.IP-ünvanın alınması üçün istifadəçi növbəti protokollardan birindən istifadə edə bilər:

  1. DHCP (RFC 2131) — şəbəkə parametrlərinin sazlanması üçün yayılmış ən məşhur protokoldur.
  2. BOOTP (RFC 951) — şəbəkə ünvanının sazlanması üçün ən sadə protokoldur, adətən disksiz stansiyalar üçün istifadə olunur.
  3. PPP (RFC 1661) protokolu çərçivəsində IPCP (RFC 1332).
  4. Zeroconf (RFC 3927) — şəbəkə ünvanının sazlanması üçün protokoludur,adların təyin olunması, xidmətlərin axtarışı üçün istifadə olunur.
  5. RARP (RFC 903) –artıq istifadə olunmayan protokoldur.Əks məntiq sxemindən istifadə edirdi.

Alətlər:

Windows ƏS-ində IP-ünvanı cmd komanda alətində ipconfig-ı yığıb bilmək olar. Unix ƏS-ində IP-ünvanı ifconfig-i və ya ip-addr yığıb bilmək olar. Domen adına uyğun olan IP-ünvanı aşağıdakı komandanın köməyi ilə bilməkolar: nslookup (doman adı,məsələn-example.net)

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.