İP ünvana görə subnet-in İD,Broadcast-ının tapılması üçün asan formula

Bu dərsdə İP ünvana görə şəbəkənin identifikatoru,broadcast ünvanını,ilk və sonun host-larını hesablayamaq üçün ən asan formula haqqında olacaq.

İlk olaraq belə bir ip ünvana və maska-ya baxaq.

172.30.99.4

255.255.192.0

Bu ip ünvanın identifikatorunu tapmaq üçün sehirli rəqəm metodundan istifadə edəcəm.255 olan yerlərdə oktetlər eyni qalır. 0 olan yerlərdə isə 0 yazılır.

172.30.99.4
255.255.192.0                                                 256-192=64(sehirli rəqəm)

172.30.99.0

İdentifikatorı taparkən sehirli rəqəm oktetmizə ya bərabər ya az olmalıdır.Onda identifikatorumuz 64<99 prinsipi ilə

172.30.64.0 şəbəkənin identifikatoru

172.30.64.1 ilk hostun ip ünvanı olacaq.

Broadcast hesablayarkən isə identifikatorun üstünə sehirli rəqəmi gəlib 1 çıxacağıq.64+64=128.0-1=127.255.Onda 

172.30.127.255 broadcast ünvanı

172.30.127.254 sonuncu hostumuz olacaq.

Digər nümunələrə aşağıdakı şəkildə baxa bilərsiniz:

 

 

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.