Kompüterdən və ya noutbukdan Wi-Fi necə paylamaq olar?

Wifi  şəbəkə adapteri olan  noutbuk və ya personal kompwüterdən internet paylamaq mümkündür.Hər bir wi-fi adapter 2 rejimdə işləyər bilər:

1)İnfrastruktur rejimi-Bu rejimdə wifi adapteri vasitəsilə router və ya modemə qoşularaq internetdən,şəbəkə resurslarından istifadə edə bilərsiniz.

2)Ad-Hoc rejimi-Bu rejimdə adətən wi-fi qoşulma nöqtəsi olmur və kompüterin wi-fi adapteri server rolunda işləyir və digər simsiz avadanlıqlar internet üçün bu kompüterə qoşula bilirlər.

Bu bizə adətən o vaxt lazım ola bilər ki,biz noutbuku kabellə qoşmuşuq və olduğumuz ərazidə təcili interneti paylaşmaq istəyirik.

Bu aşağıdakı üsulla həyata keçirilir:

 

1)İlk olaraq cmd-dən müvafiq əmri yazaraq bizim wi-fi adapterin ad-hoc rejimini dəstəkləyib və ya dəstəkləmədiyini yoxlayırıq.

netsh wlan show drivers

Gördüyümüz kimi,Hosted Network Supported Yes(hə) cavabını qaytarıb.Əgər yox cavabını qaytarsaydı onda wi-fi adapterin drayverlərini ən sonuncu versiyaya kimi update edib yenidən yoxlayırıq.

İndi isə qoşulma nöqtəsini yaradırıq:

netsh wlan set hostednetwork mode=allow ssid=”yeni wi-fi adı” key=”yeni şəbəkənin parolu”

Sonra isə bu şəbəkəni aktivləşdiririk: netsh wlan start hostednetwork

Əgər bizim yeni yaratdığımız Wi-Fi şəbəkə aktivləşməsə və “hosted network couldn’t started” səhvi versə onda adapteri söndürün yandırın.

Yeni wi-fi şəbəkəni aktivləşdirdikdən sonra,cmd-dən ncpa.cpl yazaraq adapterlər olan bölməyə keçirik.

Əksər internet provayderlər çox istifadəçili qoşulmaları dəstəkləmirlər və yeni şəbəkə DHCP-dən ip ünvanlar almırlar..Buna görə adapterin konfiqurasiyalarını yoxlayırıq və lazım olarsa İP ünvanı manual daxil edirik.

Bu üsulla internetə çıxış üçün yeni Wi-Fi şəbəkə yaratmış olduq.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.