MAC Address nədir?

MAC Address nədir?

MAC-ünvan (ing Media Access Control) — hər bir aktiv avadanlığa və ya onların Ethernet kompüter şəbəkələrində bəzi interfeyslərinə mənimsənən unikal identifikatordur. Ethernet standartının planlaşdırılması vaxtı nəzərdə tutulmuşdu ki, hər bir şəbəkə kartı (və ya hər hansı inteqrasiya edilmiş şəbəkə interfeysi) istehsal vaxtı ona tikilmiş unikal 6-baytlıq MAC ünvana malik olmalıdır. Bu nömrə göndərənin və alanının eyniləşdirməsi üçün istifadə olunur; və güman edilir ki, yeni kompüterin şəbəkəyə daxil edilərkən ( və ya şəbəkədə işləyə biləcək digər qurğu) şəbəkə administratoruna bu kompüterə MAC-ünvanı əl ilə qurmaq lazım olmayacaq.

MAC ünvanların unikallığı onunla əldə olunur ki,hər bir istehsalçı İEEE Registration Authority kordinasiya komitəsindən 16 milyon(2^24) ünvandan ibarət diapozon alır və ayrılmış ünvanlar bitəndə yeni diapozon tələb edə bilər.Buna görə də ilk 3 böyük bayta görə istehsalçını müəyyənləşdirmək olar.Həmçinin,arpalert kimi proqramlar mövcüddur ki,onlara görə istehsalçını müəyyənləşdirmək olar.

Böyük şəbəkələrdə MAC-ünvan şəbəkənin hər düyününü müəyyən etməyə və yalnız məlumatları bu düyünə çatdırmağa icazə verir. Beləliklə, MAC-ünvanlar OSI modelinin kanal səviyyəsində şəbəkələrin əsasını formalaşdırır. MAC ünvanların şəbəkə səviyyəsinin ünvanlarına və geriyə çevirmək üçün xüsusi ARP və RARP protokollarından İPv4,NDP və İPv6 şəbəkələrində istifadə olunur.

Kanal səviyyəsinin şəbəkə protokollarının əksəriyyəti MAC ünvanların 3 sahəsindən 1-ini(idarə olunan IEEE ( və ya MAC-48, və ya EUI-48, və ya EUI-64)) istifadə edirlər.O sahələrdən hər birində ünvanlar, nəzəri olaraq,unikal olmalıdır. Amma bütün protokollar MAC ünvanlardan istifadə etmir.Həmçinin,MAC ünvanlardan istifadə edən bütün protokollar bu ünvanların belə unikallığına ehtiyac duymurlar.

MAC-48 kimi ünvanlar daha çox yayılıb,çünki onlar Ethernet,Token Ring,FDDİ,WiMAX və s kimi məşhur belə texnologiyalardan istifadə edirlər.Onlar 48 bitdən ibarətdirlər,buna görə də MAC-48 248(və ya 281 474 976 710 656 ) ünvan boşluğundan ibarətdir.IEEE hesablamalarına əsasən, ən azı ünvanların bu ehtiyatı 2100-cü ilə qədər çatacaq.

EUI-48 MAC-48-dən yalnız semantik fərqlənir : MAC-48 şəbəkə avadanlığı üçün istifadə olunur,EUI-48 isə aparat və proqram təminatının digər tipləri üçün tətbiq edilir.EUI-64 identifikatorları 64 bitdən ibarətdir və FireWire-də istifadə olunur, həmçinin IPv6-da (kiçik 64 bit düyünün şəbəkə ünvanı kimi) istifadə olunur.

Mac ünvanın strukturası

Şəbəkə qurğusunun MAC ünvanını bilmək üçün müxtəlif əməliyyat sistemlərində növbəti komandalar istifadə olunur:

  1. Windows — ipconfig /all — daha ətraflı göstərir ki,hansı mac address hansı interfeysə aiddi.
  2. Windows — getmaс /v — daha az ətraflı göstərir ki,hansı mac address hansı
  3. Linux — ifconfig -a | grep HWaddr
  4. FreeBSD — ifconfig | grep ether
  5. OpenBSD — ifconfig | grep lladdr
  6. HP-UX — /usr/sbin/lanscan
  7. Mac OS X — ifconfig, QNX4 — netinfo -l
  8. QNX6 — ifconfig və ya nicinfo

MAC ünvanın dəyişməsi

Yayılmış fikir mövcuddur ki, MAC-ünvan şəbəkə kartına “sərt tikilmişdir” və onu əvəz etmək olmaz və ya yalnız proqrammatorun köməyi ilə dəyişmək olar.Amma əslində MAC ünvan proqram təminatı vasitəsilə asan dəyişir, çünki drayver vasitəsilə göstərilmiş qiymət “tikilmiş” qiymətə nisbətən daha yüksək prioritetə malikdir.Ancaq yenə də elə avadanlıqlar mövcuddur,orada , MAC-ünvanın dəyişməsini etmək proqrammatorsuz (adətən bu telekommunikasiya avadanlıqlarında olur, məsələn, IP-TV (STB) üçün playerlər) mümkün deyil. Bir çox veb interfeyslə təchiz edilmiş avadanlıqlarda MAC ünvanın dəyişdirilməsi onun sazlanması vaxtı mümkündür:Bir çox marşrutlayıcılar imkan verir ki,şəbəkə kartının MAC ünvanını təkrarlamağa imkan verir.

“Windows” ƏS-ində MAC-ünvanı ƏS-in inteqrasiya edilmiş vasitələri ilə həyata keçirmək olar: şəbəkə kartının “Свойства(Settings)” , “Дополнительно(Additional) bölməsində, redaktə üçün “Сетевой аддрсс(“Network addres” lazımlı MAC-ünvanı məcburi mənimsətmək olar.

“FreeBSD” ƏS-ində — MAC-ünvan (root)-dan bir komandayla dəyişir:

# ifconfig re0 ether “mac-address”

“re0” — şəbəkə interfeysi adına nümunədir.

“OpenBSD” ƏS-ində — MAC-ünvanı super istifadəçi(root) vasitəsilə bir komanda ilə dəyişmək olar.

# ifconfig re0 lladdr “mac-address” | random

“re0” — şəbəkə interfeysi adına nümunədir.

“Linux” ƏS-ində də root vasitəsilə parolu dəyişmək olar:

# ifconfig ethN hw ether “mac-adres”

ethN” — şəbəkə interfeysinin adıdır.Burada sizin kartın adı olacaq.

Bu halda ƏS-in (перезагрузка)restart-ından sonra MAC ünvanı yenidən dəyişmək lazımdır. Bundan qaçmaq üçün şəbəkə sazlamarının start konfiqurasiya fayllarında MAC ünvanı yazmaq lazımdır. Məsələn, “Linux” ƏS-inin distributivinin Debian-based versiyasında , /etc/network/interfaces faylına aşağıdakı sətiri əlavə etmək lazımdır:

hwaddress ether “mac-adres”

“mac address bölməsinə yeni mak address lazılır.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.