Macbuklarda(macOS) boş yer hara yoxa çıxır?

Bu günlərdə istifadəçilərdən birinin macbook-unda  belə bir problemlə rastlaşdıq.128gb  həcmli yaddaşı olan macbook-da boş yer öz-özünə dolurdu və 1 ay istifadədən sonra artıq boş yer demək olar ki,qalmamışdı.

Problemi araşdırmaq üçün Daisy Disk(proqram pulludur,torrentlərdən pulsuz versiyasını tapa bilərsiniz) proqramını yükləyərək yaddaşı analiz etdim

Proqramın əsas üstünlüklərindən biri də odur ki,yaddaşı analiz edəndə göstərir ki,hansı kateqoriya nə qədər yer tutur.

Kateqoriyaları araşdırandan sonra məlum oldu ki,ən çox yeri İtunes proqramın backup-ları tutur və bu backup-lar a keçmək üçün sağ düyməni mouse-da basıb Show in finder(Показать в Finder) seçib aşağıdakı  direktoriyada yerləşdiyini görürük.Lazımsız faylları silməklə yer boşalda bilərik.

/Disk/Пользователи/User/Library/Application Support/MobileSync/Buckup

Silmək üçün İtunes daxil oluruq.Sonra isə Settings(Настройки) daxil olub cihazın menyusuna keçərək cihazı seçib silirik.Bundan sonra kifayət qədər boş yer yaranacaq.

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.