Noutbuku söndürəndən sonra yenidən öz-özünə yanır.

Bu gün əməkdaşlardan  birinin noutbukunda aşağıdakı problemlə rastlaşdım.Problem ondan ibarət idi ki,əməkdaşımız noutbuku söndürəndə3 saniyə noutbuk yenidən yanırdı.Problemi araşdırmağa bağladım.İnternetdə İT forumları oxuduqdan sonra aydın oldu ki,bu problem daha çox BİOS-dan qaynaqlanır.BİOS faylı update etmək lazımdır.Problemi aşağıdakı kimi həll etmək olar.

1)İlk olaraq mövcud noutbukun(komputerin) modelini öyrənirik.Bunun üçün noutbukun üzərinə və ya altına baxaraq modeli görə bilərsiniz.Əgər model yoxdursa onda ana platadan  kompüterin modelini öyrənmək üçün göstərdiyim dərsdən istifadə edə bilərsiniz.(https://www.informasiya.info/komputerin-konfiqurasiyasini-oyrenmek/).

2)Modeli öyrəndikdən sonra sonra google daxil oluruq və noutbukun(kompüterin) modelini+bios update yazaraq bizim lazım olan nəticəni məlumatı axtarırıq.

bios update

3)Çıxan ilk linkə daxil olub BİOS keçid edərək BİOS faylı yükləyirik.

 

4)BİOS faylı download etdikdən sonra modelinizə uyğun istehsalçı tərəfindən verilən təlimatlardan istifadə etdikdən sonra BİOS faylı update edə bilərsiniz.

5)BİOS update olunduqdan sonra artıq problem aradan qaldırıldı.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.