Noutbuk problemləri və onların həll üsulları

Noutbuklarla aşağıdakı problemlərlə qarşılaşa bilərsiniz:

1)Bəzən görüntü olmayanda və ya çox qaranlıq olanda problem inverterdə ola bilər.Görüntünü xarici monitorla yoxlayın.Görüntü yaxşıdırsa ekran dəyişilməlidir.Əgər görüntü gəlməsə problem videokartda və ya ana platadadır.

2)Digər noutbuk problemi Görüntü silkələnirsə problem aşağıdakılardan birində ola bilər:

a)Pis kabel problemi

b)Problemli videokart

3)Knopkalar ilişirsə ola bilsin çirklidir və səliqə ilə təmizləmək lazımdır.

4)Ghost kursor/Driftləyən işarəedici

-Mouse düyməsi işarəedicinin fiırlanmasına səbəb ola bilər.

-Driverlər yenilənməlidir.

-Adapter original deyil və işarəedicinin fırlanmasına səbəb olur.

5)Wifi problemi

Bəzən noutbuku yerə salanda wifi adapterin kabelləri yerindən çıxa bilər.Yoxlayıb yerinə taxırıq.

6)Enerji problemi

Vaxt keçdikcə baterayanı charge etdikcə onun tutumu azalır və baterayanın kalibrovkası itə bilər.Kalibrovka etmək üçün kompüteri tam doldurub sonra onu 10 faizə kimi işlədirib.Kompüterdə power bölməsindən kritik enerji faizini 5% qoyub hybernate rejimini aktiv edirik.5 % qalanda kompüter hybernate rejiminə düşəcək və onu 5 saat elə saxlayırıq.5 saatdan sonra adapteri taxıb yandırırıq və yoxlayırıq.

7)Noutbuk əgər tez-tez sönürsə artıq notbukun termopastası dəyişilməlidir və içərisi təmizlənməlidir.Bəzən problem noutbukun soyuducu kulerində ola bilər.

Bu problemlər ən çox rast gəlinən problemlərdir.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.