Noutbuka 2-ci hard diski necə əlavə etmək olar

Son günlər noutbuklarda yeni yaddaş növü SSD-lərdən istifadə olunur.Lakin SSD yaddaş disklərinin həcmi az olduğundan noutbuka 2-ci yaddaş diskinin əlavə olunmasına ehtiyac yaranır və ya bəzən noutbuku sürətləndirmək üçün hard diski çıxardıb yerinə SSD taxırıq.Əvvəlki hard diski isə informasiyanı saxlamaq üçün ikinci hard disk kimi istifadə etməyə ehtiyac yaranır.

Noutbuka ikinci hard diski əlavə etmək üçün bizə HDD Caddy lazım olacaq.Biz 2-ci hard diski noutbukda olan dwd-nin yerinə qoyacağıq.

Həmçinin Caddy ilə Dwd disk yerinin ölçüləri eyni olmalıdır.Ən populyar ölçülər 9.5 və 12.7mm lik caddy “perexodnik” lazımıdır.Caddy-nin ölçüsünü xətkeş ilə ölçə bilərsiniz.

İkinci hard diskin əlavə olunması prosesi aşağıdakı kimidir.

1)İlk olaraq dwd diskin yerinə uyğun caddy alıb ikinci hard diski ora yerləşdiririk.

 

2)Noutbuku söküb dwd disk qabını çıxardırıq.Bu zaman ehtiyatlı olmaq lazımdır.Hər modelin sökülmə qaydası internetdə var.

Qeyd:Əsas baxılası detallardan biri də qoşulma mənbəyinə baxmaq lazımdır.Əgər noutbuk çox köhnədirsə onun qoşulma portu İDE-dir.Onda ona uyğun İDE Caddy olmalıdır.Müasir noutbukların hamısı Sata portla təchiz olunub.

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.