POST (aparat təminatı)

POST (ing. Power-On Self-Test) — kompüterin yandırılandan sonra özünü test etməsidir. Ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir.

Kompüterdəki POST prosesinin funksiyaları həm də proqram məntiqi kontrollerdən mobil telefonlara kimi funksiyaları eynidir.

Qısaldılmış test aşağıdakı kimi həyata keçirilir:

  1. Daimi Yaddaş Qurğusunda nəzarət cəmindən istifadə edərək.BIOS proqramlarının bütövlüyünün yoxlamasını.
  2. Əsas sistem şinlərinn,kontrollerlərin və qoşulmuş avadanlıqların aşkar edilməsi və çağırılması,həmçinin
  3. Əməli yaddaşın ölçüsünün müəyyənləşdirilməsi və ilk 64 kilobaytlıq seqmentin test edilməsi.

POST işinin tam reqlamenti:

  1. Prosessorun bütün registrlərinin yoxlaması;
  2. Daimi Yaddaş Qurğusunun nəzarət cəminin yoxlanılması;
  3. Sistem taymerinin və səsli siqnalizasiya portunun yoxlanılması;(IBM PC üçün — İMS i8253 və ya analoq);
  4. Yaddaşa birbaşa giriş kontrollerinin testi;
  5. Əməli yaddaşın bərpaedicisinin testi;
  6. BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun alt sahəsinin testi;
  7. Rezident proqramlarının yükləməsi;
  8. Standart qrafik adapterin (VGA və ya PCI-E) testi;
  9. Əməli yaddaşın testi;
  10. Daxil etmənin əsas qurğularının testi;
  11. CMOS testi;
  12. LPT/COM-un əsas portlarının testi;
  13. Elastik maqnit disklərində yığıcıların testi;
  14. Sərt maqnit disklərində yığıcıların testi;
  15. BIOS-un funksional alt sistemlərinin diaqnostikası;
  16. İdarəetmənn yükləyiciyə ötürülməsi;

Kompüterin yandırılması zamanı bütöv və ya qısaldılmış testinin olması üçün seçimi Setup BIOS-da giriş-çıxış baza sisteminin sazlanması proqramında vermək olar.

POST-un müvəffəqiyyətli keçməsi halında fərdi kompüterlərin əksəriyyətində sistem dinamiki bir qısa səs siqnalı çıxarır, nasazlıq halında isə nasazlığın səbəbini müəyyən etməyə icazə verən səs siqnallarının müxtəlif ardıcıllıqları eşitmək olar. Bundan başqa, BIOS yüklənmənin cari vəziyyətinin kodunu yaradır ( nasazlıq olanda uyğun səhvləri göstərir).Bu səhvi işiq diodları və yeddi seqmentli indikatorların kombinasiyası ilə bilmək olar.Bundan başqa POST Card-ı ana plataya qoymaqla səhvlərin koduna görə problemi müəyyyən etmək olar.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.