Printerlər və onların problemləri

Bu dərs printerlərdə  yaranan problemlər və onların həll üsulları haqqında olacaq.

1)Printer servisi print spooler  sıradan çıxa bilər və nəticədə çap getməyəcək.Bunun üçün Пуск(Start) açıb axtarışda cmd yazırıq.Tapılan proqramı seçib pəncərədə aşağıdakı komandanı yazırıq.

netsh service stop print spooler

netsh service start print spooler

2)Səhifədə rənglər qarışır.Bu zaman rəngləri kalibrovka(calibration) etmək lazımdır.Kömək etməsə çap başlıqları təmizlənməlidir.Bu problem daha çox inkjet printerləri üçün spesifikdir.Lazer printerində isə fotohəssas barabanı yoxlamaq lazımdır.

3)Kağızlar ilişirsə bu az tonerə və ya rəngə görə,səhv qoyulmuş kağıza görə ola bilər.

4)Ruh şəkillər problemi.Bəzən çap olunan materialların nüsxəsi kağızda pis formada yenidən düşür.Problem adətən optik baraban yaxşı təmizlənmədiyinə görə yaranır.

5)Lazer printeri çap edəndən sonra kağızda ləkələr varsa toner kağıza düzgün həll olmur.Problem termoblokdadır.

6)Printer kağızı əzirsə problem tray(лоток) və dartıcı roliklərdədir.

7)Çoxlu qarışıq simvollar çap olunubsa problem printer drayverlərindədir.Drayverləri yeniləyin. 

8)Çap çıxmırsa birbaşa qoşulmanı yoxlayın.

Göstərilən problemlər ən çox baş verən problemlərdəndir.Bundan başqa problem baş verərkən və ya öz gücünüzlə həll edəndən sonra  test page çap edin və yoxlayın problem qalmaqdadır yoxsa həll olub.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.