Windows Server 2012-də RAM DİSK-in yaradılması.

Bu dərs Ram diskin yaradılması haqqındadır.

Ram disk – Ramın boş sahəsində yaradılmış virtual diskdir.Bu tip virtual disklər adətən hansısa konkret sürət tələb edən tapşırıqları yerinə yetirmək üçün yaradılır.Bu tip disklərin sürəti ssd-dən də çoxdur.Çünki əgər ssd-nin sürəti 500-600mb/saniyə ilə məhdudlaşırsa bu disklərdə sürət DDR4 ramlar üçün 12000-25000mb/s-dir.Bu disklərdə SQL-in müvəqqəti fayllarını,sistemin/applicationun fayllarını saxlamaq daha məqsədə uyğundur.Bu disk kompüteri yenidən başladanda itir.

Microsoftun bu tip diskləri yaratmaq üçün aləti olmadığıdan xüsusi proqram təminatı vasitəsilə yaratmaq mümkündür.Bunun üçün AMD RAMDisk, ImDisk, PassMark OSFMount, StarWind RAM Disk kimi proqramlardan istifadə etmək olar.Amma Windows Server 2012-də isə aşağıdakı kimi yaratmaq olar.

1)İlk olaraq İCSİ Target Server quraşdırırq.

 

2)iSCSİ-nin loopback interfeysinə trafikin gəlməsinə icazə vermək üçün aşağıdakı PowerShell komandasından istifadə edə bilərik:

Set-ItemProperty -Path ‘HKLM:\SOFTWARE\Microsoft\iSCSI Target’ -Name AllowLoopBack -Value 1

3)Kompüterimdə 3GB artıq istifadə olunmayan ram olduğu üçün 3GB-lıq ram disk yaradırıq.Əgər sizdə ram daha çoxdursa daha çox gb-lıq yarada bilərsiniz.

New-IscsiVirtualDisk -Path “ramdisk:testRAM.vhdx” -Size 3GB

4)İndi isə iSCSİ target yaradırıq.İp ünvanı isə öz ünvanınızı yazırsınız.

5)İSCSİ target üçün Ram disk qoşuruq.PowerShell-də aşağıdakı komandanı yazırıq.

Add-IscsiVirtualDiskTargetMapping -TargetName targetRAMDisk -DevicePath “ramdisk:testRAM.vhdx”

6)Tools-dan İSCSİ İnitiator  açırıq.

7)Serverimizin ip ünvanını yazırıq sonra isə Quick Connect düyməsinə basırıq.

8)Sonra isə Tools-dan Computer Management açırıq və Disk Managemnt bölməsinə keçirik.Standart olaraq bu diski qoşuruq.

9)Göründüyü kimi RAM diskimiz əlavə olundu.Əgər yenidən başlatsaq məlumatlar yox olacaq.Xüsusi proqramların köməyliyi ilə məlumatları həm də əsas yaddaş diskində saxlamaq mümkündür.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.