Şəbəkə avadanlıqları və onların funksiyaları

Hub nədir?

Şəbəkədə qurğular arasında əlaqə qurmaq üçün istifadə olunan avadanlıqlardan biri Hub-dır.Hub-ı çox vaxt multi-port təkrarlayıcı adlandırırlar.Burada bir porta siqnal gələndə avtomatik digər portlarada yönləndirilir.Hub half-duplex rejimində işləyir.Bu o deməkdir ki,hub-a qoşulan avadanlıqlardan ancaq biri əlaqə qura bilir,digərləri  gözləmə rejimində gözləyirlər.Trafik artdıqca bu avadanlıqlar daha çox effektsiz olur.Sürəti 10/100 megabit-dir.Bu günki gündə demək olar ki,istifadə olunmur.

Switch nədir?

Bu günkü gündə ən çox istifadə olunan şəbəkə avadanlıqlarından biri də Switch-dir.Switchlər hublara nisbətən daha ağıllıdırlar.Switch şəbəkəyə qoşulanda o şəbəkədə ona qoşulan avadanlıqların portları və  mac adress-lərini öz Mac addres cədvəlində qeydə alır.Switch-ə informasya gələndə o artıq bilir,bu informasiya hara getməlidir və lazım olan interfeysə göndərir.

Power on Ethernet(PoE) texnologiyasını dəstəkləyən switchlər ilə biz ip telefonlara,kameralara və s avadanlıqlara enerji ötürə bilərik.

Multilayer switch-in isə routing funksiyası vardır.

Router nədir?

Router-lər İP şəbəkələr arasında trafiki marşrutlamaq üçün istifadə olunur.Router-in özünün marşrutlama cədvəli var və cədvəlinə baxaraq bilir ki,interfeysə gələn informasiya hara marşrutlanmalıdır.Routing funksiyası olan switch-lərə L3 səviyyə switch-ləri deyilir.

Router-lər bir çox şəbəkələri LAN,WAN və s əlaqələndirə bilirlər.

Access Point nədir?

Access Point(Wireless Access Point)   daxili naqilsiz və ya naqilli  şəbəkənin əhatə dairəsini genişləndirmək funksiyasına malikdir.O istiqamətləndirməni mac addres-lərə görə həyata keçirir

Modem nədir?(Dial up və ADSL modemlər)

Dial-up modem Analoq səsləri digital siqnallara çevirir.O,Telefon xətlərindən istifadə edir.Çox limitli buraxılış gücü ar.Hər iki tərəfdən modem  olmalıdır ki,analoqu digitala,digitalı  analoqa çevirsin.Bu günkü günümüzdə ADSL modemlərdən istifadə olunur.ADSL modem-lərin sürəti və buraxılış gücü adi dial-up modemlərdən dəfələrlə çoxdur.

Firewall

Şəbəkəmizdə firewallar adətən bir çox router və modemlərə hazır inteqrasiya olunub.Trafiki TCP/udp portlara görə filtirləyirlər.Yeni firewall-lar istiqamətləndirməni tətbiqlərə(application-lara) görə edə bilirlər.Paketlərin içindəki data-ya görə trafikə icazə verir və ya qadağa qoyurlar. Bir çox firewall-ların VPN funksiyası var.Şəbəkəyə daxil olan və ya çıxan trafiki şifrələyə bilir.Bəzi firewall-larda proxi server kimi də hərəkət edə bilirlər.Həmçinin router  kimi də ola bilirlər.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.