Şəbəkələr haqqında qeydlər. (Hissə 1)

TCP/IP protokolları OSİ modeli transport səviyyəsinin protokollarıdır.

TCP protokolu son nöqtələr arasında əlaqə yaradır və sonra isə bu əlaqəni söndürür.UDP isə bunu etmir.UDP protokolu application-lar üçün ismarıcların dəyişməsi xidmətini təmin edir.

Domen Collision(Домен коллизий)– Bir qrup şəbəkə interfeysi kartlarında, bir şəbəkə kartı tərəfindən göndərilmiş freym digər şəbəkə kartı tərəfindən göndərilmiş  freymlə toqquşma(collision) yaradır.

Access switch-lər birbaşa olaraq istifadəçilərə qoşulublar və onlara lokal şəbəkənin resurslarından istifadəyə imkan yaradır.

Böyük sahəli lokal şəbəkələrdə distrubition switch-lərdən istifadə olunur.Distrubition switchlər switch-lər arası trafikin istiqamətləndirilməsini təmin edir.

Ən böyük sahə üzrə olan lokal şəbəkələrdə isə core switch-lərdən istifadə olunur.

Dupleks.10/100mb üçün portlar yarım dupleks rejimində işləyir.Digər hallarda full-dupleks rejimində işləyir.

Buferizasiya funksiyalı switch :Switch freym-i bütövlükdə qəbul edir,yaddaşa verir və sonra göndərir.

Buferizasiyasız switch:Switch freym-i alanın mac adresini alan kimi göndərməyə başlayır.Bu metod gecikməni azaldır amma səhv xeşli(FCS) freymlər atılmayacaq.

Fraqmentasiyasız switch: Switch freymin ilk 64 bit-ini alan kimi göndərməyə başlayır.Bu metod  səhv FCS-li freymlərin və toqquşmaların(collision) qarşısını alır.

Avtodanışıqlar İEEE-Bu İEEE 802.3u protokolunun standartıdır.İmkan verir Ethernet-in iki düyünü UTP əlaqə kanalında ümumi sürət və dupleks rejimi haqqında danışlar aparsınlar.

Şəbəkədə VLAN(Virtual LAN) istifadəsinin faydaları:

1)Broadcast freym alan bütün qurğuların processoruna düşən yükün azaldılması

2)Host-ların azalmasına görə təhlükəsizliyin artırılması.

3)Vacib məlumat göndərən host-ların təhlükəsizliyinin təmin  edilməsi

4)İstifadəçilərin daha səmərəli qruplara(şöbələrə,departamentlərə) ayrılması.

5)Şəbəkədə problemin axtarışının sadələşdirilməsi.

VLAN şəbəkəsi bir neçə switch arasında istifadə olunarsa onda onlar arasında magistral əlaqə( VLAN Trunking )istifadə olunacaq.VLAN Trunking imkan verir ki,switch freym göndərərkən onu əlavə başlıqla teqleyir(VLAN Tegging).Bu başlıq özündə VLAN identifikatoru (VLAN İD) saxlayır və imkan verir ki, göndərən switch bu freymi konkret VLAN ilə əlaqələndirsin.Bu freymi alan switch ilə məlumatlanır ki,freym hansı VLAN-dan gəlib.Magistral əlaqə switch-lərə imkan verir ki,bir fiziki kanalda bir neçə VLAN şəbəkəsinin freymlərini ötürsünlər.Hal-hazırda magistral əlaqələr üçün 802.1Q protokolu istifadə olunur.Bütün switch-lər 1-1005 VLAN İD diapozonundan istifadə edirlər.Ancaq bəziləri 1005-4094 diapozonundan istifadə edirlər.

Müasir Cisco switch-ləri İSL protokolunu dəstəkləmirlər.Onlar ancaq 802.1Q protokolundan istifadə edirlər.

Allowed VLAN list-bu mexanizm imkan verir ki,şəbəkə mühəndisləri VLAN şəbəkələrini magistral əlaqədən söndürsünlər.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.