Əməliyyat sisteminin fayllarının yoxlanılması və bərpası

Bu dərsdə əməliyyat sisteminin  sistem fayllarının yoxlanılması və bərpası(System File Checker(sfc) barəsində olacaq.Bəzən elə olur ki,Windows 7 və ya digər əməliyyat sisteminin sistem faylları viruslara görə zədələnir.Bu faylları bərpa etmək üçün aşağıdakı üsuldan istifadə edə bilərik:

1)Windows diskindən yüklənirik.İnstall bölməsində Repair Your Computer seçirik.

2)Növbəti bölmədə sistemi seçirik.Əməliyyat sistemi olan diskin adını yadınızda saxlayın.Bu sizdə başqa diskdə də ola bilər.

3)Command prompt seçirik.

4)Bütün faylları yoxlamaq və zədələnmiş faylları bərpa etmək üçün aşağıdakı əmrdən istifadə edəcəyik.

sfc /scannow /offbootdir=d:\  /offwindir=d:\windows

Bu proses 5-15 dəqiqə vaxt aparacaq.Proses bitəndən sonra sistemin bütövlüyü təmin olunacaq

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.