Touchpad işləmir.

Touchpad işləmir.Bu zaman nə etmək lazımdır?

 

Birinci növbədə problemin nədən qaynaqlandığını öyrənmək lazımdır.Ən çox problem klaviatura funksional button-ları basılmaqla söndürülür..Bəzən problem driverdən qaynaqlanır.Ən kritik halda isə touchpad sıradan çıxmış olur.

Problemi necə həll etmək olar?

1)İlkin olaraq funksional knopkalara baxmaq lazımdır.Daha çox FN+F7(İstehsalçıdan asılı olaraq digər button da ola bilər) basmaqla touchpad sönür və ya yanır.Bunu ən birinci növbədə yoxlamaq lazımdır.

Bu üsul adətən öz diqqətsizliyinə görə touchpadı funksional knopkalarla söndürənlərə kömək olacaq:

Bir çox noutbuklarda touchpadı yandırmaq üçün aşağıdakı funksional button-lar istifadə olunur

Asus: Fn+F9 və ya Fn+F7

Acer: Fn+F7

Lenovo:Fn+F8 və ya Fn+F5

Dell: Fn+F5

Sony:Fn+F1

Toshiba:Fn+F5

Samsung:Fn+F5

2)BİOS-dan yoxlamaq lazımdır.Yüklənmə zamanı BİOS-a daxil olub müvafiq bölmədən touchpadı yandırıb söndürmək olar.Biosdan yandırmaq üçün biosa daxil olaraq İnternal Pointing Device Enable edib Save edirik.

3)Yoxlamaq lazımdır ki,touchpadın drayverləri quraşdırılıb ya yox.Çox vaxt sistemi yenidən quraşdıranda drayverlər itir və touchpad işləmir.Bunun üçün Device Manager(Диспетчер устройств) daxil olub Sensor panelinin və Touchpad yazılan drayverləri üçün nida işarəsinin olub olmadığını yoxlamaq lazımdır.Drayverləri rəsmi saytdan yükləyib quraşdırmaq lazımdır.

4)Dördüncü səbəb isə touchpad-ın işləməməyinə səbəb onun sıradan çıxmasıdır.Bunun üçün servis mərkəzinə müraciət edin.

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.