Usb qurğusu kompüterdə tapılmadı və ya düzgün işləməmək problemi.

Bu günlərdə istifadəçilərdən birinin kompüterində əvvəlcədən normal işləyən HP printeri işləməyini dayandırdı.Bu zaman araşdırmalar apardım və müxtəlif səbəblər və həll üsulları ilə qarşılaşdım.

1)Usb portları yoxlamaq lazımdır.Bəzən usb portlar zədələnir və siqnalı düzgün ötürmürlər.Həmçinin usb 3.0/ss portları drayverə görə qoşulan avadanlıqları düzgün tanımırlar.

2)Kabeli dəyişdirmək.Bəzən kabel zədələnir nəticədə kompüter avadanlığı tapsada göstərir ki,düzgün işləmir.Həmçinin usb standartı  ilə  informasiya ötürülməsi 5m-ə kimi problemsiz həyata keçir.Məsafə artıqca siqnal  pisləşir.İstifadəçinin problemi kabelə görə yaranmışdır.HP çox funksiyalı printerləri kabelə həssasdırlar.

3)Avadanlığı yoxlamaq lazımdır.Digər yerə qoşub yoxlamaq lazımdır ki,bu avadanlıq problemsiz işləyir ya yox.Bəzən ana platada qısa qapanma olur və nəticədə usb ilə qoşulan avadanlıqlar düzgün tanınmır.

4)Drayveri yoxlamaq lazımdır.Silib yenidən yazıb yoxlamaq lazımdır.

5)Bəzən kompüter özü hər hansı səbəbdən elektrik yüklənir.Buna görə də kompüteri torpaqlamaq(заземлить) lazımdır.

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.