Windows Əməliyyat sistemi açılanda viruslu reklamlar açılır.

Bu gün rastlaşdığım problemlərdən biri də o idi ki,windows əməliyyat sistemi açılanda müxtəlif reklam,proqramlar açılırdı.Əgər siz virus silməklə bağlı az təcrübəlisinizsə problemi müvəqqəti olaraq aşağıdakı kimi həll edə bilərsiniz.

1)Windows Əməliyyat sistemində Пуск açıb orada Планировщик заданий(Task manager) yazıb proqramı açırıq.

task manager

2)Proqramı açandan Библиотека basanda planlaşdırılmış tapşırıqların siyahısını görəcəyik.

3)Şübhəli tapşırıqları siyahıdan təmizləyin.Google update Google Chrome proqramının bir servisidir.Bizim halda bu İnternetAA-dır və o planlaşdırılıb ki,kompüter yananda işə düşsün.Üstünə basıb keçid etsək görərik ki,bu proqramın bir hissəsi C diskində yerləşir.

4)Həmin bu proqramı C diskində tapıb silirik.Həmçinin Планировщик Заданий hissəsindən də silirik sonra isə kompüterə Перезагрузка(Restart) veririk.

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.