Windows fayl serverində açıq faylların idarə olunması

Bəzən  Windows fayl serverlərdə istifadəçilər tərəfindən açılmış faylların məcburi bağlanılmasına ehtiyac yaranır.Bu problem daha çox bir faylla bir neçə istifadəçi işləyəndə yaranır.Bəzən proqram təminatı düzgün  işləyəməyəndə və ya istifadəçi sessiyası bağlanmayanda şəbəkə folder-indəki fallar bloklanır və digər istifadəçilər o fayla dəyişikliklər edə bilmirlər.Bu dərsdə bu problemi aradan qaldırmaq haqqında danışacam.

Açıq faylların siyahısını öyrənmək üçün (cmd-dən compmgmt.msc yazıb açırıq) Computer Management/System Tools/Shared folders/Open files bölməsinə keçirik və siyahıda açıq fayllar və onların vəziyyəti barəsində informasiya olur.Adətən Open Mode bölmısində Read,no access,Write-Read vəziyyətləri olur.

Əgər biz Close Open File seçsək onda sessiya bitəcək.

Remote serverdə açıq faylların siyahısına baxmaq üçün aşağıdakı əmri istifadə edə bilərik

Openfiles /Query /s mskfs01 /fo csv

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.