Windows Server 2012-də DHCP serverin qaldırılması

Bu dərsdə Windows Server 2012-də DHCP server qaldıracam.

1)İlk olaraq Server manager daxil olub DHCP server seçib məlumatlarla tanış olaraq bir neçə dəfə next düyməsinə basaraq quraşdırırıq.

2)DHCP serverin quraşdırılma prosesini bitirmək üçün Complate DHCP Configuration  seçib Next basıb  Commit seçərək təsdiqləyirik.

3) Sonra Server Manager açıb Tools bölməsindən DHCP serveri açırıq.

4)DHCP açıldıqdan sonra sağ düyməsi basıb New Scope seçirik.Next basırıq.

5)Routerdə DHCP funksiyasını söndürüb serverimizdə DHCP server üçün scope veririk.

6)İstisna ip ünvanları göstəririk.Bu ünvan diapozunda sizin kameralarınız və s statik ip ünvanı verilmiş avadanlıqlar ola bilər.

7)İcaərəyə götürülən ip ünvanlar üçün icarə vaxtını göstəririk.Məsələn qonaqlar üçün nəzərdə tutulubsa onda maximum az(15-30 dəq),daimi domen kompüterləri üçün nəzərdə tutulmuş icarə vaxtı isə azı 30 gün olmalıdır.Mməsələn MacDonalds kimi yerdə 1 saat ərzində çoxlu adamlar gəlib telefonları internetə daxil olurlarsa onlara ip ünvan icarəyə verilir.Əgər icarə vaxtı 30 gün olsa bizim verilə biləcək ip ünvanlar itə bilər.

8)Bundan sonra digər məlumatlarla tanış olub,router ünvanını yazıb quraşdırılmanı bitiririk.

 

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.