Windows Server 2012-də rezerv DHCP serverin qaldırılması.

Bundan qabaqkı dərs ikinci  domen kontrollerin qaldırılması haqqında oldu.Bu dərsdə isə DHCP serverin rezerv kimi DC2-də də qaldıracağıq.

1)İlk olaraq DC2-də DHCP server qaldırırıq.

2)İkinci mərhələdə isə biz qərar verməliyik DC2-də DHCP server necə işləyəcək.2-cür variant var:

1)Split Scope- Bu rejim vasitəsilə ip ünvanların 80%-ni DC1,20%-ni isə DC2 paylayır.Əgər DC1 çöksə kompüterlər DC2-dən ünvan ala biləcəklər.

2)Failover -Bu rejim vasitəsilə əgər DC1 sıradan çıxsa bütün yükü DC2 öz üzərinə götürəcək.

Aşağıdakı rejimləri var:

1)Load Balanced Mode : Bu rejim vasitəsilə ip ünvanların verilməsi yükü DC1 və DC2 arasında 50/50 bölünəcəkdir.

2)Hot Standby Mode : Bu rejimdə DC2 passiv gözləmə rejimində olur.DC1 sıradan çıxanda dərhal aktivləşir.

Split Scope konfiqurasiya etmək üçün DC1-də DHCP-də Split Scope seçirik.

1)Seçdikdən sonra Next basırıq.Sonra isə ikinci DHCP serverimizi seçirik.

2)Split Scope üçün İp ünvanların verilməsini bölürük.

3)Əlavə DHCP server üçün ip ünvanların veriməsi vaxtını göstəririk ki,əgər həmin vaxt ərzində əsas DC1-dən cavab gəlməsə DC2 ip ünvanları paylasın.Sonra isə bu prosesi Finish seçməklə bitiririk.

4)DC2-də DHCP açıb Pool seçib Activate seçərək aktivləşdiririk.

İndi isə Failover konfiqurasiya edək.

1)DC1-də DHCP açıb Configure Failover seçirik.

2)İkinci DC2 DHCP serveri partner server kimi əlavə edirik.

3)Növbəti mərhələdə Failover üçün konfiqurasiyaları veririk:

Mode:Load balance və ya digərlərini göstəririk

Maximum Client Lead Time hostlar tərəfindən ip ünvanın icarə vaxtıdır.

State Switchover Interval isə bir DHCP çökəndə digərinin avtomatik aktivləşməsi üçündür.

Shared secret isə iki DHCP server arasında əlaqə qurulması üçündür.

4)Konfiqurasiyaları verdikdən sonra Next tıklayıb Finish edirik.

Sosial şəbəkələrdə paylaşın

Comments are closed.